24 Mart 2019 09:58
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Omsk şəhərində bir ailənin 4 üzvü mənzildə baş verən yanğın zamanı dəm qazından zəhərlənərək, ölüblər.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, ölənlərdən biri uşaqdır.

İlkin məlumata görə, yanğın fərdi yaşayış evindəki sobanın qəza vəziyyətində olması səbəbindən baş verib. Kəskin zəhərlənmə nəticəsində ev sahibi olan 57 yaşlı qadın, onun 30 yaşlı qızı, 2 yaşlı nəvəsi və 44 yaşlı kürəkəni həlak olublar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif: Nahid

Oxşar xəbərlər