25 Mart 2019 01:00
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçayda iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib.

Şəhər sakinləri, 2001-ci il təvəllüdlü Aslanova Nigar Zakir qızı və 1981-ci il təvəllüdlü Abdulrahmanova Samirə Rafiq qızı naməlum avtomobil tərəfindən vurulub.

Piyadalar Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com