Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 180 m² olan ikimərtəbəli 5 otaqlı evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.