Bərdə şəhərində faciəvi olay baş verib.
Teleqraf.com-un Qarabağ bölgəsi üzrə əməkdaşının verdiyi xəbərə görə, Bərdənin Mollalı kənd sakini Rüstəmov Ülvi Mətləb oğlu rayon ərazisindəki parkda yaradılmış süni göldə boğulub.
Meyit göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.