Yevlaxda yanğın qeydə alınıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, Yevlax şəhərində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin 1 otağında çarpayı və yataq dəsti 3 m² sahədə yanıb. Yüksək temperaturdan otağın tavanı 3 m² sahədə qarsalanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.