Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini M.Həsənov 585 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən Saatlı rayon sakini Nail Sadıqovu vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Faktla bağlı Abşeron rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.