Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunun Ormanlı kəndi ərazisində torpaq sürüşməsi baş verib.
Teleqraf.com xəbər verir ki, aramsız yağışlar nəticəsində yaranan sürüşmə 55 evin olduğu kənd əhalisində ciddi təşviş yaradıb. Artıq 15 ailə kəndi tərk edib.
Yerli KİV-lərin yaydığı məlumata görə, dağ yamacında yerləşən Ormanlıdakı evlərin əksəriyyətində böyük çatlar əmələ gəlib. Yerli rəhbərlik əhalini köçürülməsi üçün aidiyyəti qaydada müraciət edib.