Gəncədə sərnişin daşıyan mikroavtobus piyadanı vurub.
Teleqraf.com-un məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib.
Yolu keçmək istəyərkən hərəkətdə olan avtobusa çırpılan 1930-cu il təvəllüdlü Nəriman Məmmədov ağır kəllə beyin travması ilə Gəncə şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.