Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə ötən ilin oktyabr ayından bu il martın 20-dək olan müddətdə Balaxanı qəsəbəsinin ərazisində yerləşən qəbirstanlıqdan 700 manat dəyərində dəmir çərçivələrin oğurlanması barədə müraciət daxil olub.
Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Dostəliyev və oğlu C.Dostəliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.