8 Aprel 2019 12:56
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb.

Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə rayon ərazisindəki mənzillərin birindən naməlum şəraitdə 40 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən orada xadimə işləyən Bakı şəhər sakini S.Abdulova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər