Qəbrimin üstünə gəlməyin, məni sağ olanda çox istəyərdiz. Öləndən sonra məni istəməyiniz lazım deyil. Mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin.
Teleqraf.com xəbər verir ki, Diana Hacıyeva jurnalistlərə açıqlamasında bu sözləri intihar edən xalası qızının - 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın aprelin 4-də dəftərinin bir küncünə yazdığını bildirib.
Diana Hacıyeva bildirib ki, o, Elina ilə eyni sinifdə oxuyub:
"59 saylı məktəbdə Cahad adında oğlanla Elina ölməmişdən iki ay əvvəl tanış olmuşdular. Bir dəfə oğlan Elinanı çağırdı, onu məndən uzaqlaşdırmaq, özü ilə aparmaq istədi, mən onları güddüm, gördüm ki, oğlanın əlində bükülü var, açdı, Elinaya göstərdi, təklif elədi. Elina oğlanı itələyib mənə tərəf qaçdı, dedi, burdan tez gedək, o, mənə marixuana vermək istəyir.
O oğlan Elinaya demişdi ki, "tramal" dərmanı içir. Marixuana söhbətindən sonra ayrıldılar. Ancaq ölənə yaxın Elina dedi ki, oğlanla yenə barışıb. Elina özünü atmamışdan əvvəl zəng elədi, dedi ki, mənə vacib sözü var, mənsə bildirdim ki, anam evdə qapını üzümə bağlayıb gedib, sabah görüşərik.
Sabahı gün məktəbə getməmişdim, günortaya yaxın anam dedi ki, Elina məktəbdə yıxılıb. Anam mənə onu deyəndə bildim ki, o, yıxılmayıb, özünü atıb. Çünki özünü öldürmək istədiyini tez-tez deyirdi. Deyirdi, məni heç kəs çox istəmir, hamı məni təhqir eləyir".