10 Aprel 2019 14:37
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən içərisində 317 ABŞ dolları olan seyfi oğurlanıb.

Ev sahibi baş verən oğurluq hadisəsi ilə bağlı Goranboy rayon polis şöbəsinə müraciət edib.

Polis Rəməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Gəncə şəhər sakini S.Məmmədov saxlanılıb.

Ondan 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Məlum olub ki, S.Məmmədov həmin evdə kirayə qalırmış.

O, rayon ərazisində fəhləliklə məşğul olub.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər