Leyla Yunusun ofisindən erməni dilində kitab tapılıb.
Teleqraf.com-un məlumatına görə, Leyla Yunusun ofisində və evində axtarış aparılıb. Ofisdə axtarış prosesi başa çatandan sonra Leyla Yunus jurnalistlərə deyib ki, ofisdən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı tərəfindən nəşr olunmuş kitab, həyat yoldaşı Arif Yunusun 8 kitabı və 1994-cü ildə çap edilmiş erməni dilində bir kitab müsadirə olunub.
O bildirib ki, erməni tarixçisi tərəfindən ona verilmiş vizit kart da götürülüb.
Daha sonra əməliyyatçılar axtarış aparmaq üçün Leyla Yunusun yaşadığı evə gediblər. Artıq hüquq müdafiəçisinin evində aparılan axtarış yekunlaşıb.
Axtarışlarda əməliyyatçılar, Leyla Yunusun özü və vəkili Xalid Bağırov iştirak edib.