Bakının 321 nömrəli tam orta məktəbi müəllimin şagirdi döyməsi xəbərinə münasibət bildirib.
Məktəbdən bildirilib ki, aprelin 12-si saat təxminən 11:30 radələrində məktəbin VII sinif şagirdi riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb.
Şagirdin halı pisləşdiyi üçün başı dəyib.
Sinif rəhbəri şagirdin doğma xalasıdır. Hadisə olan kimi dərhal valideynə də məlumat verilib.
Məktəbə təcili-tibbi yardım çağırılıb. Şagirdin atası da uşaqla xəstəxanaya gedib. Məktəb rəhbərliyi tərəfindən valideyn ilə əlaqə saxlanılıb, şagirdin halının yaxşı olduğu bildirilib.
Qeyd edək ki, şagirdin güclü baş ağrıları olduğu üçün, valideyn dəfələrlə bununla bağlı həkimə müraciət edib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək", məktəbin məlumatında bildirilib./report/
***
12:36
Bakıda 12 yaşlı şagird müəllim tərəfindən döyülüb.
ONA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdə qeydə alınıb. Məktəbin müəllimi şagirdi döyüb. Döyülən şagird xəstəxanaya yerləşdirilib.
Səhiyyə Nazirliyindən bildirilib ki, xəsarət alan uşaq təcili tibbi yardım maşını ilə Klinik Tibbi Mərkəzə gətirilib. Ona kəllə beyin travması diaqnozu qoyulub.