Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, aprelin 13-də Hövsan qəsəbəsi ərazisindəki fabriklərin birindən 170.000 manat dəyərində toyuq və toyuq məhsulları oğurlanıb.
30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə sübhəli bilinən Binə qəsəbə sakinləri E.Ağayev, H.Qasımov, M.Seyidov və S.Hüseynov saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.