15 Aprel 2019 12:30
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi İmişlidə baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, aprelin 13-də İmişli şəhər sakini Validə Məmmədovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Araz çayının Otuziki kəndi ərazisindən keçən hissəsinin sahilində tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla V.Məmmədovanın yaşadığı evin həyətində onunla qonşu olan qaynı arvadı A.Məmmədova və Qulubəyli kənd sakini O.Seyidov tərəfindən baş nahiyəsinə yumruq və taxta parçası ilə vurulmaqla, sonradan boğularaq qətlə yetirilməsi, habelə hadisə yerinin yaxınlığında “Mercedes” markalı avtomobildə gözləyən O.Seyidovun tanışları olan həmkəndliləri, sürücü A.Surxayzadənin və sərnişini H.Cəlalzadənin köməkliyi ilə meyiti kisədə avtomobilin yük yerinə qoyub Araz çayına atmaları müəyyən edilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən A.Məmmədova, O.Seyidov və H.Cəlalzadə saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Qeyd edək ki, rayonun 1990-cı il təvəllüdlü Ölcələr kənd sakini Məmmədova Vahidə Mahmud qızı qətlə yetirilərək Araz çayı sahilinə atılıb.

Daha sonra meyiti morqa gətirən 1994-cü il təvəllüdlü Qulubəyli kənd sakini Surxayzadə Anar Füzuli oğlu da bıçaqlanıb.

İlkin məlumata görə, qadını rayonun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Seyidov Orman Nəriman oğlu qətlə yetirib.
Meyiti gətirən sürücü A.Surxayzadəni isə qətlə yetirilmiş qadının əri Məmmədov Ümidvar Mustafa oğlu bıçaqlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər