15 Aprel 2019 12:53
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən içərisində 400 manat pul və 10.200 manat dəyərində qızıl-zinət əşyaları olan seyf oğurlanıb.

36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Süleymanov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov