16 Aprel 2019 13:56
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi paytaxtın Xəzər rayonu ərazisində ailə-məişət münaqişəsi zəminində törədilən qətllə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, aprelin 16-da saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi Albalılıq yaşayış sahəsində yaşayan Səadət Əlimanovanın evinə gəlmiş qardaşı, əvvəllər məhkum olunmuş Muxtar Əlimanov ailə-məişət münaqişəsi zəminində ona və orada yaşayan digər bacısı Məlahətə bıçaqla xəsarət yetirib. Səadət hadisə yerində ölüb, Məlahət isə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən M.Əlimanov tutulub.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər