18 Aprel 2019 00:14
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türk müğənnisi və aktyoru Orhan Gencebayın vəziyyəti ağırlaşıb.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, ürəyində ağrılar səbəbilə xəstəxanaya aparılan ifaçıya dərhal müdaxilə edilib. Onun ürəyində tıxanan iki damara stend qoyulub.

Hazırda reanimasiya şöbəsində yatan müğənninin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.


Müəllif: Teleqraf.com