Moskvanın cənubunda polislərdən ibarət iki qrup arasında dava düşüb.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, insident Borisevskie Prudı küçəsində baş verib. Polis əməkdaşları orada işdən sonra və mülki geyimdə olublar.
Faktla bağlı araşdırma aparılır. Konfliktin səbəbi bəlli deyil. KİV-də yayılan xəbərə görə, insident barda baş verib. Zərərçəkənlər barədə məlumat yoxdur.