İmişli sakini, Qaradonlu kənd sakini, 1982-ci il təvəllüdlü Nəbiyeva Günel Şəmşir qızı ağırlaşmalarla Sabirabad pernatal mərkəzə daxil olub.
Teleqraf.com-un bölgə müxbirinin verdiyi məlumata görə, qeysəriyə əməliyyatı ilə əkiz uşaqlar götürülüb.
31-32 həftəlik körpələr küveysə yerləşdirlib. 3 gün sonra isə körpələr ölüblər. Preeklampsiya diaqnozu ilə qan təzyiqinin qalxması və sidikdə zülalın artması ilə müşayiət olunan vəziyyətdə qeysəriyə əməliyyatı aparılaraq ananın həyatını xilas edilib. Faktla bağlı araşdırma aparılır.