23 Aprel 2019 17:25
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda yeniyetmə qız özünü körpüdən ataraq intihar etmək istəyib.

Rayonun Möhüc kənd sakini, 2004-cü il təvəllüdlü F.M özünü Quba şəhərində yerləşən Qudyalçayın üzərindəki körpüdən atıb. Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb. Yaxınlıqda olan şəxslər onu Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Həkimlərin səyi nəticəsində qız sağ qalıb. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər