25 Aprel 2019 07:45
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Henşuy şəhərində (Hebey əyaləti) "Jade Huating" şirkətinə məxsus tikinti meydanında lift qırılıb.

Teleqraf.com xəbər verir ki, liftin qırılması nəticəsində azı 11 nəfər həlak olub, 2 nəfər isə ağır yaralanıb.

Məlumata əsasən, insident yerli vaxtla saat 08:00-da baş verib.

Hadisənin təfərrüatları barədə məlumat verilmir


Müəllif: Teleqraf.com