25 Aprel 2019 10:32
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda quşçuluq sexi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Girdəni kəndində ümumi sahəsi 2000 m² olan tikilinin (quşçuluq sexi kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com