25 Aprel 2019 13:29
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

İmişli rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri A.Əliyev və İ.İsmayılzadə saxlanılıblar.

A.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 5-də həmyerlisi M.Fazilovla birgə rayon ərazisindəki bir həyətyanı sahədən 7 baş qoyun oğurlaması müəyyən edilib.

Davam etdirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fazilov da saxlanılıb.


Müəllif: Hacı Zeynalov