Paytaxtın Səbail rayonu ərazisində ümumi sahəsi 900 kvadratmetr olan üçmərtəbəli binanın üçüncü mərtəbəsinin pilləkən qəfəsində elektrik lövhəsi yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, hadisə ilə əlaqədar yanğınsöndürənlər on nəfəri təhlükəsiz əraziyə təxliyə ediblər.
Daha bir yanğın hadisəsi paytaxtın Ağcabədi rayonunda baş verib. Məcburi köçkünlərin məskunlaşdıqları, ümumi sahəsi 600 kvadratmetr olan ikimərtəbəli binanın dam örtüyü 150 kvadratmetr sahədə yanıb. Yanğın binanın ikinci mərtəbəsində üç otağı və dəhlizi də əhatə edib.
Hər iki hadisə zamanı binalar yanğından mühafizə olunub, alov söndürülüb.