4 Sentyabr 2014 23:37
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya paytaxtında keçirilən XXVII Beynəlxalq Kitab Sərgi-Yarmarkasında qondarma "Dağlıq Qarabağ Respublikası"na dair kitab nümayiş olunub. Ümumrusiya Sərgi Mərkəzində keçirilən sərgi-yarmarkanın Ermənistan Respublikasına aid olan stendində isə əksərən erməni müəlliflərinin qondarma "DQR" haqqında yazdığı, Azərbaycanın ərazi bütövlüyünü təhrif edən kitablar sərgilənib.


Bu kitablarda Azərbaycan və Türkiyə ilə bağlı saxtalaşdırılmış faktlar, Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olan materiallar və xəritələr əksini tapıb. Azərbaycanın Rusiyadakı səfirliyindən bildirilib ki, Rusiyanın Moskva şəhərində keçirilən və 63 ölkənin təmsil olunduğu XXVII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edən Ermənistanın pavilyonunda “Армения-НКР” adlı bələdçi kitab nümayiş olunub: "Bununla bağlı Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi tərəfindən Rusiya tərəfinə Azərbaycanın mövqeyinin çatdırılması və gələcəkdə bu kimi halların bir daha təkrarlanmaması üçün operativ addımlar atılmaqdadır".


Xatırladaq ki, 1987-ci ildən etibarən hər il keçirilən Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası dünyanın nüfuzlu sərgilərindən biri hesab olunur. Hər il sərgidə yerli və xarici nəşriyyat-poliqrafiya müəssisələri, kitab sənəti ilə məşğul olan təşkilatlar iştirak edir. Bu il sərgidə 63 ölkə, o cümlədən Azərbaycan da təmsil olunur.

Sərgi sentyabrın 7-dək davam edəcək. /bizimyol.info/


Müəllif:

Oxşar xəbərlər