29 Aprel 2019 20:53
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyöl rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.

"Report"un məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə Daşkəsən rayon sakinləri olan iki ailənin üzvləri və yaxın qohumları, ümumilikdə, 8 nəfər ölüb, 1nəfər yaralanıb.

Qəza zamanı yaralanan, 1991-ci il təvəllüdlü Ruhiyyə Ramiz qızı Həsənovanın müalicəsi isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində davam edir və vəziyyətinin orta-ağır olaraq qaldığı bildirilir.

Artıq meyitlər ailələrinə təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (nəqliyyatda iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

14:07

Göygöl rayonunda ağır yol qəzası nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Onlardan 2-si uşaq, 4-ü qadın, 2-si isə kişidir.

***

13:08

Göygöl rayonunda ağır yol qəzası baş verib.

Hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə biri qadın, ikisi kişi olmaqla üç nəfər hadisə yerində olub, bir uşaq isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qəzada xəsarət alanların olduğu da bildirilir.

Faktla bağlı araşdırma aparılır./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər