Bakının Binəqədi rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 5-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini X.Əhmədova aprelin 28-də saat 14 radələrində A.Kunanbayev küçəsində 2 nəfərin ona zor tətbiq edərək qızıl boyunbağısını aldıqlarını bildirib.
5-ci polis bölməsi və Metropolitendə polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakinləri N.Həsənzadə və qardaşı Ruslan qısa müddətdə müəyyən edilərək saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.