5 Sentyabr 2014 11:30
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti sentyabrın 4-də Uelsdə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ-ın dövlət katibi Con Kerri arasında keçirilmiş görüş barədə açıqlama yayıb.

APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki danışıqlar prosesi və hazırkı vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Məlumatda qeyd olunub ki, ABŞ dövlət katibi bir müddət əvvəl cəbhə xəttində yaranmış şiddətli gərginliklə bağlı dərin narahatlığını ifadə edib: "Birləşmiş Ştatlar inanır ki, toqquşmaların səngiməsi və əlaqələrin normallaşdırılması Azərbaycan və Ermənistan arasında sülh yaradacaq. Bu, hər iki ölkənin xalqlarının gələcəyini təmin edəcək, həmçinin Cənubi Qafqazda sabitliyin bərpası üçün mühüm addım olacaq. Məhz bu məqsədlərlə, dövlət katibi Kerri prezidentləri atəşkəs rejiminə riayət etməyə və cəmiyyətlərini sülhə hazırlamaq istiqamətində əlavə addımlar atmağa çağırıb”.

Məlumatda vurğulanıb ki, C.Kerri münaqişə tərəflərini sülh prosesində vasitəçi olan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə işləməyə həvəsləndirib: “Həmçinin ABŞ dövlət katibi prezidentlərin dialoqu davam etdirməyə razılaşmasını alqışlayıb. O, tərəfləri danışıqlarda daha da yaxından iştirak etməyə çağırıb. Prosesin davamlılığı tərəflər arasında etimad yaratmağa və bölgə xalqlarının layiq olduğu sülhə çatmağa xidmət edəcək”.


ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də “Tvitter”də görüş barədə yazıb. O, ABŞ dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistan prezidentləri ilə Dağlıq Qarabağla bağlı məhsuldar danışıqlar apardığını qeyd edib: "Biz kömək etməyə hazırıq”.


Müəllif:

Oxşar xəbərlər