Amerikanın Ceksonvill şəhərində "Boeing 737" tipli sərnişin təyyarəsi çaya düşüb.
"Report" xəbər verir ki, bu barədə şəhər meri Lenni Karri öz "Twitter" səhifəsində yazıb:
"Kommersiya təyyarəsi çaya düşüb. Mən yanğınsöndürən və xilasetmə departamentlərimiz tərəfindən məlumatlandırılmışam. Onlar artıq hadisə yerindədirlər".
Mer həmçinin əlavə edib ki, təyyarədə olanların hamısı sağdır.
"Boeing 737"nin göyərtəsində 142 nəfər olub. Laynerin uçuş-eniş zolağında sürüşdüyü və çaya düşdüyü bildirilir.
Ceksonvill şerifinin məlumatına görə, təyyarə dayaz yerdədir. O, hadisə nəticəsində batmayıb.