Samux rayonunun Tatlı kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
İdarəetmədən çıxan "Mercedes" markalı avtomobil öncə ağaca dəyib, ardınca isə yol kənarındakı su kanalına düşüb.
Nəticədə avtomobilin sürücüsü Sakit Verdiyev hadisə yerində ölüb.
Ölən şəxsin Goranboy rayon Baxçakürd kənd bələdiyyəsinin sədri olduğu bildirilir.