Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı ilkin məlumat yayıb.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, hadisə zamanı 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib.
Qeyd olunub ki, 1-i sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib: “Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir”.
***
10:00
Salyanda baş verən yol qəzası zamanı ölən və yaralananların olduğu bildirilir.
Ələt-Astara magistral yolunda mikroavtobus qəzaya uğrayıb.
Əlavə məlumat veriləcək.
***
Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, baş verən qəza nəticəsində yaralananlar var.
Faktla bağlı araşdırma aparılır./Report/