6 May 2019 12:26
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda silahlı insident baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə mayın 2-də, gecə saat 5 radələrində Tovuz rayonunun Əyyublu kəndi ərazisində qeydə alınıb.

Kafelərin birinin qarşısında əlində tüfəng olan naməlum şəxs ictimai asayişi pozub.

Bu zaman ərazidə xidmət aparan Qovlar polis bölməsinin əməkdaşları həmin şəxsin əlindən silahı alarkən havaya 2 dəfə atəş açılıb, sonuncu tüfəngi ataraq qaçıb.

Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş E.Həsənov olması, “İJ-16” markalı tüfəngin isə müvafiq sənədlərinin olmadığı, həmçinin həmin gün qeyd edilən kafedə sərxoş halda həmkəndlisi ilə mübahisə etdiyi müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər