Quba rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Quba rayon polis şöbəsinə müraciət edən əcnəbi vətəndaş mayın 5-də şəhər ərazisində naməlum şəxsin onun cibindən içərisində 200 manat və 60 avro, habelə sürücülük vəsiqəsi və 9 ədəd bankomat kartı olan pulqabısını açıq talama yolu ilə aldığını bildirib.
Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edərək saxlanılıb.
Araşdırmalarla onun şəhər sakini, əvvəllər məhkum olunmuş R.Tahirov olduğu müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.