12 May 2019 08:34
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Krasnoyarsk şəhərinin mərkəzi stadionunda "Yenisey" və "Krasnodar" futbol komandalarının oyunundan sonra azarkeşlər arasında dava düşüb.

Teleqraf.com xəbər verir ki, dava ilə bağlı yayılan kadrlarda azarkeşlərin stadionun əməkdaşlarını döydükləri görünür. Daha sonra hadisə yerinə polisin gəldiyi və zopa ilə futbol fanatlarını oradan uzaqlaşdırdığı görünür.

Qeyd edək ki, matç 4:0 hesabı ilə "Krasnodar"ın xeyrinə başa çatıb.


Müəllif: Teleqraf.com