12 May 11:11

Göyçayda iki minik avtomobili toqquşub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyin' istinadla xəbər verir ki, Göyçay rayonunda “Mercedes” və “Toyota” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər;


Müəllif: Teleqraf.com