Göyçayda gənc oğlan sirkə turşusundan zəhərlənib.
Teleqraf.com-un məlumatına görə, hadisə Göyçay şəhəri, Seyid Əzim Şirvani küçəsi, 3 saylı evdə qeydə alınıb.
Həmin evdə yaşayan, 1995-ci il təvəllüdlü Əbilov Məhəmməd Sahil oğlu ailə münaqişəsi zəminində əsəbiləşərək sirkə turşusu içib.
M.Əbilov təcili xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Daha bir intihar hadisəsi İmişli rayonunda olub.
Bəhrəmtəpə qəsəbə sakini 1990-cı il təvəllüdlü Ə.C. yaşadığı evin həyətində olan hamamda özünü asaraq intihara cəhd edib. Xöşbəxtlikdən yaxınları hadisədən xəbər tutub və dərhal Ələkbəri xilas ediblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım qrupu gəlib. Ə.Cahangirov İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.