18 May 2019 08:25
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Anadolu agentliyinin qar uçqunu altında qalaraq itkin düşən əməkdaşı Abdülkadir Nişancının axtarışında iştirak edən iki hərbçini sel aparıb.

Teleqraf.com Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, axtarış-xilasetmə işlərində iştirak edən hərbçilərdən ikisinin itkin düşməsi səbəbindən bölgəyə əlavə xilasedici briqadalar cəlb olunub.

Görülən tədbirlər nəticəsində ölən əsgərlərin cəsədləri sudan çıxarılıb.

Qeyd edək ki, Abdülkadir Nişancı Bayburt ilə Trabzon arasında yerləşən Soğanlı dağındakı yolun qardan təmizlənmə işləri aparılan Derebaşı Virajları bölgəsində çəkiliş apararkən mayın 10-da qar uçqunu altında qalıb.


Müəllif: Teleqraf.com