18 May 2019 21:55
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Ağdam kəndində qeydə alınıb.

Ağdam rayon sakini, 1987-ci il təvəllüdlü Elman Azad oğlu Abdullayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçmək istəyən piyada, Ağdam rayon sakini, 2013-cü ildə təvəllüdlü Avaz Vəkil oğlu Məmmədovu vurub. Nəticədə piyada ağır xəsarətlər alıb. O, xəstəxanaya aparılıb. Lakin yaralının artıq öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com