Mahaçqalada məscidə bomba qoyulması barədə polisə məlumat daxil olub.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər veri ki, bu səbədən məsciddəki və ətrafda olan insanlar evakuasiya edulib.
"Mahaçqalada Şeyx Şamil prospektindəki Cümə məscidinə bomba qoyulması barədə növbətçi hissəyə məlumat daxil olub. Polis hadisə yerinə cəlb olunub, məscid mühasirəyə alınıb, insanlar evakuasiya olunub", - hadisə ilə bağlı yayılan rəsmi məluatda bildirilir.
Sonradan məscidə bomba qoyulması barədə məlumatın doğru olmadığı üzə çıxıb.