20 May 09:27

Zaqatala rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsində 4 nəfər köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, fərdi yaşayış evinin həyətyanı sahəsi intensiv yağan yağışlar səbəbindən su ilə dolub, nəticədə ikisi azyaşlı olmaqla 4 nəfər evdə köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.


Müəllif: Teleqraf.com