Daxili İşlər Nazirliyi paytaxtda baş verən dəhşətli qətllə bağlı açıqlama yayıb.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, hadisə mayın 20-də, gecə saat 3 radələrində Xəzər rayonunun Binə qəsəbəsi südçülük sovxozunun ərazisində baş verib.
Orada kirayə yaşayan Maral Rzayevanın evinə gəlmiş keçmiş əri, Astara rayon sakini, əvvəllər məhkum olunmuş Zaur Rzayev münaqişə zəminində ona, qızı Samirəyə, habelə onlarla birgə yaşayan evin sahibi Qəmər Nəbiyevaya və orada olan Zirə qəsəbə sakini Vasif Əliyevə bıçaqla xəsarət yetirib.
Daha sonra Zaur Rzayev hadisə yerini tərk edib.
Xəsarət almış həmin şəxslər xəstəxanaya yerləşdirilib, Vasif Əliyev ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Zaur Rzayev tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, Vasif Əliyev Maral Rzayev ilə qeyri-rəsmi münasibəti olub.