Kürdəmir rayonunda azyaşlının ölümü ilə nəticələnən faciəli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Xırdapay kənd sakini Nəriman Nərimanov evinin həyətindən “Mercedes” markalı avtomobilində çıxarkən darvazanın yaxınlığında dayanmış qızı, 2 yaşlı Zəhranı vurub.
Nəticədə uşaq hadisə yerində ölüb.
Faktla bağlı Kürdəmir rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.