20 May 2019 15:02
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəbələ"nin yarımmüdafiəçisi Ceyms Adeniyinin xəstəliyinin səbəbi müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qol.az-a komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib. Onun sözlərinə görə, nigeriyalı futbolçunun qaraciyərində xəstəlik aşkarlanıb:

"Ceyms son vaxtlar özünü yorğun hiss edirdi. Tibbi müayinədən sonra qaraciyərində xəstəlik aşkarlandı. Bir neçə gündür xəstaxanada yatır. Elə indi yanından gəlirəm. Artıq palataya köçürüblər. Müalicəsi davam edir. Şükürlər olsun ki, özünü yaxşı hiss edir. Tezliklə evə buraxılacaq".

Qeyd edək ki, geridə qalan mövsümdə 10 qolla "Qəbələ"nin ən sərrast futbolçusu olan Adeniyi xəstə olduğu üçün kubokun finalında dünən "Sumqayıt"la keçirilən oyunu (1:0) buraxıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər