22 May 2019 11:27
1 866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzən rayonunda qətl törətməkdə təqsirləndirilən Asim Əbdülovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əliövsəd Abasovun icraatına verilib.

Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, qətl hadisəsi bu il fevralın 11-də Siyəzən rayonundakı qəbiristanlıqların birində baş verib.

Atışma nəticəsində Asim Əbdülov Elşən Qədirlini güllələnərək öldürüb.

İstintaq araşdırması zamanı baş verən qətlin səbəbi bəlli olub.

Belə ki, qətl hadisəsindən əvvəl gecə yarısı Elşən Qədirli Asim Əbdülovun evinə gəlib, onun evinin pəncərəsini gizlicə döyqüb.

Bundan xəbər tutan Asim Əbdülov ertəsi gün Elşən Qədirlini qəbiristanlığa aparıb və orada qətlə yetirib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər