22 May 2019 11:56
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində ofislərdən birindən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, Gəncə şəhəri H.Əliyev küçəsindəki ofislərin birindən 7000 ABŞ dolları və 200 avro oğurlaması müəyyən edilib.

Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən R.İbişov tutulub.

Onun şəhər ərazisində daha bir neçə oğurluq hadisəsi törətməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov