23 May 2019 20:15
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunda 5 yeniyetməni it dişləyib.

Teleqraf.com xəbər verir ki, rayonun Sığırlı kənd sakinləri - 2003-cü il təvəllüdlü Nadir Vüqar oğlu Aslanov, 2008-ci il təvəllüdlü Osman Sarvan oğlu Şəmiyev, Muradxan kənd sakini, 2006-cı il təvəllüdlü Elçin Fətiş oğlu Hacıyev, Mürtülü kənd sakini, 2007-ci il təvəllüdlü İsmayıl Fazil oğlu Əhmədov və Böyük Kəngərli kənd sakini, 2007-ci il təvəllüdlü Xəyal İlham oğlu Allahverdiyevi it dişləyib.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara quduzluq əleyhinə peyvənd vurulub.


Müəllif: Teleqraf.com