24 May 2019 14:26
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda yerləşən, "Vosmoy bazarı" adlanan ərazidə azyaşlı uşaq valideyni tərəfindən tərk edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azvision.az-a sakinlər məlumat veriblər. Bildirilib ki, 4-5 yaşlı oğlan uşağı anası ilə birlikdə bazara gəlib.

Kimliyi məlum olmayan qadın aptekə girmək adı ilə uşağı orada qoyub, daha sonra ərazidən uzaqlaşıb. Azyaşlının əqli problemli olduğu bildirilir.

Hadisə ilə bağlı polisə məlumat verilib.


Müəllif: Teleqraf.com