25 May 2019 15:58
2 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda həmcinslərini fahişəliyə cəlb edən qadına cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, akı şəhər sakini İlahə Heydərova paytaxtın Nəsimi rayonunda əxlaqsızlıq yuvası təşkil edib.

Ayrı-ayrı qadınları həmin əxlaqsızlıq yuvasında kişi müştərilərlə görüşdürüb və gəlir əldə edib.

İstintaq orqanı tərəfindən İlahə Heydərovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

İlahə Heydərovanın cinayət işi üzrə 4 qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İlahə Heydərovanın cinayət işi baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Şəlalə Həsənovanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 30-na təyin edilib.


Müəllif: Hacı Zeynalov